Cekpot «Loto»
• Loto oyunu 90 çəllək və üzərində rəqəmlər olan kartlarla oynanılır.
• Hər bir kartın üzərində 1-dən 90-a qədər rəqəmlər olur.

• Bir oyunçu, oyunda minimum 1, maksimum 6 kart ala bilər.
• Oyun kartlardan birinin bütün xanaları dolanadək davam edir.
• Bütün xanaları dolduran oyunçu, oyunun qalibi sayılır.




• Oyunda bəzi hallarda bir və ya bir neçə qalib ola bilər.
Bu zaman uduş məbləği qaliblər arasında bölünür.
Əvvəlki tirajda udulmamış (oynanılmamış) böyük uduş sayılır.

• Cekpot 20 gedişə oynanılır. Həmin gedişlər ərzində biletin hər hansı üfüqi sırasını tamamlasanız, cekpotun qalibi sayılırsız.
LOTO
tam bileti doldur qələbə qazan
Oyunun qaydası «Loto»
oyunun qaydaları
NECƏ OYNUYAQ?
• Qarşılaşma 1 oyundan ibarətdir.
• Oyun 28 daşla oynanılır. Hər bir oyunçu 7 daşla başlayır. Daşların kombinasiyası 0,1,2,3,4,5,6 rəqəmlərindən ibarətdir.

• İlk olaraq yerə ən kiçik qoşa daş gəlir
(Bir qoşa, iki qoşa və s.). Daha sonra hər iki tərəfdən uyğun gələn daşları oynamaq olar.

• Oyun zamanı gediş etməyə daşınız yoxdursa, bu zaman bazara gedirsiniz. Bu proses uyğun daşı tapana qədər davam edir. Bazarda yalnız bir daş toxunulmaz olaraq qalır.

• Oyun zamanı gediş etməyə daşınız yoxdursa, gediş digər oyunçuya keçir.
• Qarşılaşma zamanı iştirakçıların oynamağa daşları olmadığı təqdirdə, oyun bağlı sayılır. Belə halda hər iki tərəfin xalları hesablanır və daha az xalı olan tərəf qalib sayılır.
• Daşları ən tez bitirən tərəf oyunun qalibi olur!
Domino «KLASSİK 101»
məlumat.
• Qarşılaşma tərəflərdən birinin 165 xal toplamasına qədər davam edir.
• Oyun 28 daşla oynanılır. Hər bir oyunçu 7 daşla başlayır. Daşların kombinasiyası 0,1,2,3,4,5,6 rəqəmlərindən ibarətdir.

• İlk olaraq oyun ......-... ilə başlayır.
Həmin daş olmadıqda, oyun ən kiçik qoşa daşla başlayır.

• Daha sonra müvafiq olaraq telefon sayılan daşın (ilk hər iki tərəfdən daş qoyulmuş qoşa)
dörd tərəfindən uyğun gələn daşları qoymaq olar.

• Xallar ümumi xal kombinasiyasının 5-ə bölünməsi ilə hesablanır. Oyun zamanı siz ən az 5, ən çox 35 xal yaza bilərsiniz.

• Oyun zamanı gediş etməyə daşınız yoxdursa, bu zaman bazara gedirsiniz. Bu proses uyğun daşı tapana qədər davam edir. Bazarda yalnız bir daş toxunulmaz olaraq qalır.

• Əlindəki daşları ən tez bitirən oyunçu mərhələnin qalibi sayılır.
• Mərhələdə qalib gələn oyunçu növbəti oyuna birinci başlayır.
Domino «TELEFON 165»
xal yazmaq oyunu (məlumat)
Oyunu izləyənlər
qoyulmuş məbləğ
Təslim olmaq
məğlubiyyət
Gedişi dəyiş
smayliklər ve hazir sözlər
25 saniyə oyun üçün
• Oyun iki hissəyə bölünmüş lövhədə iki nəfər arasında oynanılır. Oyun başlayan zaman bütün daşlar sağ yuxarı küncdə olur. Hər bir oyunçu 15 daşdan (ağ və qara) istifadə etməklə maksimum çox yuva tutmağa çalışır.

• Daşlar saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Oyunda gedişləri təyin etmək üçün iki ədəd zərdən istifadə edilir. Zərlər növbə ilə atılır.

• Oyun başlayan zaman 3,4,6 qoşa atıldıqda əldən iki daş oynamq olar, oyun zamanı isə əldən yalnız bir daş oynamaq olar.
• Qoşa atıldığı zaman dörd ədəd oynamaq mütləqdir.

• Əgər bir yuvada rəqibin daşı varsa, o zaman həmin yerə öz daşınızı yerləşdirə bilməzsiniz.

• Oyunçu zərdəki bütün gedişləri oynamaq məcburiyyətindədir.

• Əgər oyunçunun hərəkət etmək üçün gedişi yoxdursa, o öz növbəsini buraxır. Gediş rəqibə keçir.

• Rəqib hərəkət istiqamətində lövhəyə daş qoymayıbsa, orada ardıcıl altı yuvanı tutmaq olmaz.
• Bütün daşlar başlanğıc lövhəsinin əksi istiqamətində dayandıqda, daşları çıxmaq olar.

• Daşlar zərdə düşən xalların əsasında böyükdən kiçiyə doğru oyundan çıxarılır.

• Zərdə düşən xal yuvada yoxdursa, daş daha böyük yuvadan digərinə keçirilməlidir.

• Zər atıldiqda daşları çıxmaq məcburiyyəti yoxdur. Qaydalara uyğun gediş edə bilərsiniz.

• Zər böyük xal düşübsə, lakin böyük xanada daş yoxdursa, o zaman çıxmaq üçün yuvadan ən böyük daşı oynamaq olar.

• Nərd otağında qırmızı göz şəklinə basaraq hazırda gedən oyunları ödənişsiz izləyə bilərsiz.
«NƏRD» oyunu haqqında məlumat:
Ümumi qaydalar, və ardıcıllıq;
Daşların yerləri və hərəkət ardıcıllığı;
Oyunun başa çatması;
Oyunun əvvəlində oyunçular bir zər atır, ən böyük zər atmış oyunçu, ilk oyuna başlayacaq oyunçu sayılır.

Oyun başlayır
Oyunçu axtarışı
Əlavə verilmiş vaxt
Bu düyməyə klik edib başqa oyunçuların oyununu izləyə bilərsiz